Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Yəməndə jurnalist Raşa Abdullah Al Harazi ilə əri Mahmoud Al Atmiyə qarşı bombalı hücum olub.
“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, onların içində olduğu avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində Harazi ölüb, əri isə yaralanıb.
Məlumata görə, ölən qadın hamilə olub.
Qeyd edək ki, Harazinin əri də jurnalist kimi fəaliyyət göstərib. Onlar “Emirati Al-Ain” telekanalının əməkdaşları olub