İt bilib aldılar, tülkü çıxdı

Dünya
10 Kas 2021
08:45
Peruda bir ailənin it bilərək aldığı heyvanın sonradan tülkü olduğu üzə çıxıb.

“zirvetv.az İt bilib aldılar, tülkü çıxdı” Reuters-ə istinadən xəbər verir ki, hadisə paytaxt Limada baş verib.

Məsələ burasındadır ki, Sotelo ailəsi heyvanı Sibir haskisi adıyla alıb. Bunun üçün zoomağazaya 13 dollar ödənilib.

Lakin heyvan bir müddət sonra qonşuların şikayətlərinə səbəb olub. “İt” qonşuluqda olan bir neçə toyuq və ördəkləri yeyib.

Məlum olub ki, bu tülkülərin məskəni And dağlarıdır. Bu heyvanlar qeyri-qanuni yolla şəhərlərə gətirilərək satılır. Heyvan şəhər zooparkına aparılıb.