Yaponiyada bıçaqlı şəxs qatarda insanlara hücum etdi - 17 yaralı
Yaponiyanın Tokio prefekturasının Työfu şəhərində bıçaqlı şəxs hərəkətdə olan qatarda insanlara hücum edib.
“zirvetv.az ” xarici mediaya istinadən xəbər verir ki, azı 17 nəfər yaralanıb, 1 nəfər isə huşsuz vəziyyətdədir. Bıçaqlı şəxs insanlara hücum etdikdən sonra qatarın vaqonlarına yandırıcı maddə tökərək onu atəşə verib. Nəticədə vaqonlardan biri yanıb.
Hadisə yerinə gələn polis insidenti törədən 20 yaşlı gənci tutub. Yanğın söndürülüb.
Saxlanılan şəxsin sözlərinə görə, məqsədi azı 2 nəfəri öldürüb cəza olaraq ölüm hökmü almaq olub.