Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya
12 Mrt 2021
22:37
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“ZirveTv” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 66 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 148 min 856 koronavirus testi aparılıb, bunların 14 min 941-i müsbət çıxıb.

Ağır xəstə sayı 1349-dur.

11 min 180 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 670 min 273-ə çatıb.