United Airlines” da peyvəndə görə 600-ə yaxın əməkdaşını işdən çıxardı
ABŞ-ın ən böyük hava yolu şirkətlərindən olan "United Airlines" da COVID-19-a qarşı peyvənd olunmayan 600-ə yaxın əməkdaşını işdən çıxarıb.
Bu barədə "zirvetv.az
" "Euronews"a istinadən xəbər verir.
"Şirkətin siyasətinə uyğun olaraq, peyvənd olunmaq istəməyən əməkdaşlarla yollarımızı ayırmaq qərarını vermişik", - deyə "United Airlines"ın açıqlamasında bildirilir.
Bundan başqa, şirkət səhhətində olan problemlə və dini inancı ilə əlaqədar peyvənd oluna bilməyən işçilərin sayının 2 min nəfər olduğunu bildirib. Ümumilikdə isə şirkətin 67 minlik personalı var.
Qeyd edək ki, bundan öncə ABŞ-da “Novant Health” xəstəxanalar zinciri COVID-19-a qarşı peyvənd olunmayan 175 tibb işçisinin işinə son verib.