İtaliya 45 milyon doza vaksin bağışlayacaq

Dünya
23 Eyl 2021
08:02
İtaliya ilin sonunadək yoxsul ölkələrə 45 milyon doza koronavirus vaksini bağışlayacaq.

“zirvetv.az İtaliya 45 milyon doza vaksin bağışlayacaq” xəbər verir ki, bunu İtaliya Baş naziri Mario Draqi BMT Baş Assambleyasının “Qlobal COVID-19 Zirvəsi”ndə deyib.

O qeyd edib ki, COVAX vasitəsilə vaksin paylanmasında böyük irəliləyişlər var:


“Hələ də böyük bərabərsizliklər var. Buna görə daha səxavətli olmaq lazımdır”.

Draqi vurğulayıb ki, may ayında Romada 15 milyon doza vaksin bağışlamağa söz vermişdilər:

“Bunların, demək olar ki, yarısı paylanılıb. Bu xüsusda səylərimizi üçqat artıracağımızı açıqlamaqdan məmnunluq duyuram.

Bağışlayacağımız 30 milyon doza əlavə vaksinlə yoxsul ölkələrə ilin sonunadək edəcəyimiz ianə 45 milyon dozaya çatacaq