Bu ölkədə 6,5 bal gücündə zəlzələ olub

Dünya
23 Eyl 2021
07:54
Mərkəzi Amerika ölkəsi olan Nikaraquada 6,5 bal gücündə zəlzələ baş verib.

“zirvetv.az Bu ölkədə 6,5 bal gücündə zəlzələ olub” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar ölkənin Ciqvuilillo şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin dərinliyi 30,7 kilometr təşkil edib.

Dənizdə baş verən zəlzələdə dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.