Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Dünya
12 Mrt 2021
10:41
Çində son sutka ərzində 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “ZirveTv” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 027-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 209 xəstə sağalıb.

Ölkədə 182 aktiv koronavirus xəstəsi var