Rusiyada seçkilər başa çatdı

Dünya
20 Eyl 2021
06:43
Rusiya Dövlət Dumasına keçirilən seçkilər başa çatıb.

“zirvetv.az Rusiyada seçkilər başa çatdı” xəbər verir ki, seçki məntəqələri saat 20:00-da bağlanıb.

Sentyabrın 17-dən başlayan səsvermə ilə vətəndaşlar Dövlət Dumasına VIII çağırış deputatlarını və yerli idarəetmə orqanlarının rəhbərlərini seçiblər.

Dövlət Dumasına seçkilərdə 14 siyasi partiya iştirak edib. Ümumilikdə isə parlament seçkilərində 3812 namizəd qeydə alınıb.