Yaponiyada əhaliyə xəbərdarlıq edildi, uçuşlar təxirə salındı
Yaponiyanın qərbindəki Çansu qasırğası səbəbindən beş nəfər yaralanıb.
“zirvetv.az ” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, qasırğa ölkənin Kyuşu, Şikoku və Kinki bölgələrini təsiri altına alıb.
Bildirilib ki, təbiət hadisəsi yeddi min evin işıqsız qalmasına səbəb olub. 30-dan çox uçuş və sürətli qatar səfərləri təxirə salınıb.
Yaponiya Meteorologiya Agentliyi qasırğa səbəbindən torpaq sürüşməsi, fırtına və şiddətli yağışlarla bağlı bölgə əhalisinə xəbərdarlıq edib.