Davtyan Sarkisyanın razılığı olmadan Baş qərargah rəisi olacaq

Dünya
12 Mrt 2021
01:36
Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Artak Davtyanın Silahlı qüvvələrin Baş qərargah rəisi təyin olunması barədə göndərdiyi vəsatəti növbəti dəfə təsdiqləməyib.

“Zirvetv” “RİA Novosti”yə istinadən xəbər verir ki, qanunla Davtyan avtomotik olaraq bu posta təyin ediləcək. Ermənistan konstitusiyasına əsasən prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər.Əgər hökumət başçısı bu etirazı qəbul etməzsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya məhkəməsinə müraciət etməlidir. Əks halda, vəsatət avtomatik olaraq qüvvəyə minir.

“Prezident fərman imzalamayacaq və Konstitusiya Məhkəməsinə müraciət etməyəcək”-deyə, Ermənistan prezidentinin rəsmi saytında yazılıb.

Xatırladaq ki, Sarkisyan Davtyanla bağlı təqdimatı daha əvvəl Paşinyana geri qaytarsa da, baş nazir vəsatətini prezidentə yenidən göndərmişdi.