Bu ölkə yenidən Əfqanıstana uçuşlara başlayır

Dünya
12 Eyl 2021
11:06
Əfqanıstanda ABŞ qüvvələrinin ölkədən ayrılması və “Taliban”ın nəzarəti ələ keçirməsindən sonra Pakistan Beynəlxalq Hava Yolları ilk xarici təyyarə şirkəti olaraq Kabilə uçuşlara başlayır.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Pakistanın “Dunya News” TV kanalı məlumat yayıb.
“İslamabaddan Kabilə ilk uçuş 13 sentyabrda başlayacaq”, - məlumatda deyilir.