İndoneziyada həbsxanada yanğın - Azı 40 ölü

Dünya
8 Eyl 2021
09:58
İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərində həbsxanada baş vermiş yanğın nəticəsində azı 40 nəfər həyatını itirib.

Bu barədə “zirvetv.az İndoneziyada həbsxanada yanğın - Azı 40 ölü” “CNN Indonesia” telekanalına istinadən xəbər verir.

Onun məlumatına görə, yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların sayı dəqiqləşdirilmir.

“Reuters” agentliyi xəbər verir ki, həbsxana binasında yanğın çərşənbə gününə keçən gecə başlayıb, hazırda alov söndürülüb. Penitensiar müəssisədən təxliyyə həyata keçirilib.

Baş verən hadisə ilə əlaqədar istintaq başladılıb.