Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığı möhkəmləndirir

Dünya
2 Eyl 2021
07:47
Ukrayna Türkiyə ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri möhkəmləndirir: “Ukrspetseksport” Türkiyənin “Aselsan” şirkəti ilə müqavilə bağlayıb.

Bu barədə “zirvetv.az Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığı möhkəmləndirir” “Dialog.ua”ya istinadən xəbər verir.

Ukrayna dövlət müəssisəsinin mətbuat xidmətinin məlumatına görə, əldə edilmiş razılaşmalar qoşunların idarə edilməsi və hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə aiddir. Planlaşdırılan modernləşmə sistemlərin xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədi daşıyır.

Bugünkü gün “Aselsan” Türkiyədə müdafiə məhsullarının böyük istehsalçısıdır. Şirkət nəinki bir çox qoşun növləri üçün məhsul istehsal edir, həm də elmi-tədqiqat işləri ilə məşğul olur.