İranda koronavirus vaksinləri oğurlandı

Dünya
29 Ağu 2021
18:52
İranın paytaxtı Tehranda koronavirus vaksini daşıyan maşın oğruların hücumuna məruz qalıb.

“zirvetv.az İranda koronavirus vaksinləri oğurlandı” İran KİV-ə istinadən xəbər verir ki, oğrular maşından 300 doz vaksin oğurlayıblar.

Hücum maşın Yaftabad bölgəsindəki Səhiyyə Nazirliyinin deposundan çıxandan sonra həyata keçirilib.

Onlar sürücünü döyüblər. Oğruların tutulması istiqamətində iş aparılır.