Kabildəki partlayışda ölənlərin sayı 100-ü ötdü - Yenilənib

Dünya
27 Ağu 2021
07:50
Kabil hava limanı yaxınlığında partlayış baş verib.

“zirvetv.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışda azı 12 nəfər həlak olub. Onların arasında uşaqıar və taliblər də var.

Bundan başqa xeyli sayda talibin yaralandığı bildirilir.

***

Məlumata görə, partlayışda ölənlərin sayı 40 nəfərə çatıb. 120 nəfər isə yaralanıb. Qeyd edilir ki, hava limanı yaxınlığında partlayışdan sonra silah səsləri də eşidilib.

***

Partlayışda 60-dan çox əfqanın öldüyü, 150-dən çox yaralı olduğu bildirilir.

***

CBS kanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayışlar nəticəsində azı 90 nəfər ölüb, 158 nəfər isə yaralanıb.

***

Kabil aeroportu yaxınlığında baş vermiş iki partlayış nəticəsində həlak olanların sayı 103-ə çatıb.

Bu barədə “Qafqazinfo” “The Wall Street Journal”a istinadən xəbər verir.

Onun məlumatına görə, ölənlər arasında 90 əfqan və 13 ABŞ hərbçisi var.