Rusiya daha bir vaksini qeydiyyata aldı
Rusiya koronavirusa qarşı yaradılan dördüncü vaksini qeydiyyata alıb.
“zirvetv.az

” xəbər verir ki, bu barədə məlumat Rusiya Səhiyyə Nazirliyinin dərman qeydiyyatı sistemində yer alıb.
Bildirilib ki, bu, Vektor Tədqiqat Mərkəzinin hazırladığı “EpiVakKorona-N” adlı vaksindir.
Peyvənd 18-60 yaşlı şəxslərə tətbiq olunacaq, hamiləlik dönəmində olan qadınlara isə tövsiyə edilməyəcək.
Bildirilib ki, vaksin xroniki xəstəliyi olanlarda risklər yarada bilər.