Çində güclü zəlzələ

Dünya
26 Ağu 2021
08:48
Çinin şimal-qərbində 5,8 maqnitudalı zəlzələ olub.

“zirvetv.az Çində güclü zəlzələ” xəbər verir ki, bu barədə Honkonq Rəsədxanasının Seysmoloji Şəbəkəsi bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 07:38-də (Bakı vaxtı ilə saat 03:38-də-red.) qeydə alınıb.

Onların episentri Yuymen şəhərindən 230 km cənub-qərbdə yerləşib. Ocağın dərinliyi dəqiqləşdirilmir.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.