Əfqanıstandan təxliyyə uçuşlarında doğulan körpələrin sayı açıqlandı
Əfqanıstandan təxliyyə uçuşlarında indiyədək 3 uşaq dünyaya gəlib.
“zirvetv.az

” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri Stiven Layons bildirib.
“Böyük məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Almaniyada “Rammştayn” bazasından uçuş zamanı 1 körpə doğulub. Rəsmi şəkildə hesablama aparılmasa da, indiyədək 3 bu cür uşağın foğulması məlumdur”, - deyə general söyləyib.
Qeyd edək ki, “Taliban” avqustun 31-dən sonra ABŞ vətəndaşlarının təxliyyəsi üçün müddət uzatmaq niyyətində olmadığını bəyan edib.