Moskvada polis məsciddə 600 müsəlmanı saxladı

Dünya
21 Ağu 2021
08:18
Rusiyanın paytaxtı Moskvanın Kotelniki bölgəsindəki məsciddə təxminən 600 müsəlman polis tərəfindən saxlanılıb.

“zirvetv.az ” xəbər verir ki, bunu TASS-a açıqlamasında vəkil Lidiya Anosova deyib.

O bildirib ki, saxlanılan şəxslər polis maşınları ilə Lyubertsı Polis Şöbəsinə aparılıb:

“Bu şəxslərin kimlikləri yoxlanılır. Hələlik heç bir ittiham yoxdur. Polis onlara qanunauyğun davranır”.