BƏƏ 5 min əfqan qaçqını öz ərazisində yerləşdirəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz ərazisində müvəqqəti olaraq 5 min əfqan qaçqını yerləşdirəcək.
Bu barədə “zirvetv.az

” BƏƏ İnformasiya agentliyinə istinadən xəbər verir.
“Birləşmiş Ştatların səylərini dəstəkləmək üçün BƏƏ Əfqanıstandan təxliyyə olunan və üçüncü ölkələrə gedən 5 min əfqan vətəndaşını qəbul etməyə razılaşıb”, - agentlik BƏƏ XİN-in qərarına istinadən qeyd edib. Qaçqınlar yaxın günlərdə Kabildən ABŞ təyyarələrində aparılacaqlar.
Bu insanların BƏƏ-dən hara və nə vaxt yollanacaqları dəqiqləşdirilmir. ABŞ Əfqanıstan qaçqınlarının qəbulu ilə bağlı bir sıra ölkələrlə danışıqları davam etdirir.