Makron Putini Navalnını azad etməyə çağırdı

Dünya
20 Ağu 2021
06:56
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Aleksey Navalnının azadlığa buraxılması çağırışını yenidən təkrarlayıb.

Bu barədə “zirvetv.az ” Yelisey sarayına istinadən xəbər verir
“Respublika Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olaraq, Aleksey Navalnıya qarşı sui-qəsddən bir il sonra onu azad etməyə çağırıb”, - kommünikedə deyilir.

Makron sentyabr ayında Rusiya parlamentinə seçkilərin ATƏT-in meyarlarına uyğun keçirilməsini də arzuladığını bildirib.