Yunanıstandakı meşə yanğınlarına görə 10-dan çox şəxs saxlanıldı

Dünya
10 Ağu 2021
08:32
Yunanıstan Yanğından Mühafizə Xidmətinin müstəntiqləri üç gün ərzində on nəfərdən artıq insanı həm qəsdən, həm də ehtiyatsızlıqdan törətdikləri meşə yanğınlarına görə saxlayıblar.

“zirvetv.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən xidmət bildirib.

Yanğın törədənlər əsasən Korfu, Larisa və Pirey yaxınlığında, həmçinin Afinanın mərkəzində və ən şiddətli meşə yanğınlarından birinin qeydə alındığı Kalamatada saxlanılıb.

Yanğından Mühafizə Xidməti bir sıra digər həbslərin olduğunu da bildirib.

Qeyd edək ki, bir həftədir ölkədə meşə yanğınları tüğyan edir. Meşələrin, milli parkların, təbiət ərazilərinin ziyarətinə qoyulan qadağan avqustun 13-dək uzadılıb