Tokioda naməlum şəxs insanlara hücum etdi - 10 yaralı

Dünya
7 Ağu 2021
08:39
Yaponiyanın paytaxtı Tokioda qatarda bir nəfər insanlara bıçaqla hücum edib.

“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 10 nəfər yaralanıb.

Hücuma məruz qalanlardan birinin vəziyyəti ağırdır. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerindən qaçan şəxsi qısa müddətdə yaxalayıb.

Hücumun səbəbi və şəxsin kimliyi hələlik açıqlanmayıb.