ABŞ-da yanğında tarixi şəhər yox oldu

Dünya
6 Ağu 2021
08:38
ABŞ-ın Kaliforniya ştatının tarixinin ən böyük yanğınında Qrinvill şəhəri tamamilə yox olub.

“zirvetv.az ABŞ-da yanğında tarixi şəhər yox oldu ” xəbər verir ki, bu barədə ştatın Meşə və Yanğından Mühafizə Departamenti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində tarixi şəhərdəki ev və iş yerləri tamamilə məhv olub.

İyulun 13-14-dən başlayan və “Dixie” adlandırılan yanğın son iki gündə daha da şiddətlənib. Nəticədə alovlar yüzlərlə evlə yanaşı, restoran, yanacaqdoldurma stansiyası, kilsə, hotel və muzey də daxil olmaqla, bütün binaları xarabaya çevirib.

Davam edən yanğınlar səbəbindən bir çox yaşayış yerləri boşaldılıb, Lassen Vulkanik Milli Parkı ziyarətə bağlanıb.