Berdiməhəmmədov döyüş təyyarəsini sınaqdan keçirdi

Dünya
3 Ağu 2021
10:38
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Balkan vilayətinə işgüzar səfər edib.

“zirvetv.az Berdiməhəmmədov döyüş təyyarəsini sınaqdan keçirdi” xəbər verir ki, bu məlumatı ölkənin Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumata əsasən, Q. Berdiməhəmmədov səfəri çərçivəsində Türkmənistan Silahlı Qüvvələrinin istifadəsinə yeni daxil olmuş müasir hərbi təyyarələrə baxış keçirib.

Türkmənistan Prezidenti həmçinin bu təyyarələrdən biri olan “Leonardo M-346FA” hərbi döyüş təyyarəsi ilə sınaq uçuşu həyata keçirib.