Muğla daha bir zəlzələ ilə silkələndi

Dünya
1 Ağu 2021
13:20
Türkiyənin Muğla vilyətinin Datça sahillərində yenidən 4,3 bal gücündə zəlzələ olub.

“zirvetv.azMuğla daha bir zəlzələ ilə silkələndi” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, saat 11:37-də baş verən zəlzələnin dərinliyi 4,81 kilometr təşkil edib.

Yeraltı təkanlar sahildən 53 kilometr aralıda baş verib.

Qeyd edək ki, eyni ərazidə səhər saatlarında 5,5 bal gücündə zəlzələ olmuşdu.