İstanbul polisi meşələrdə yoxlamalara başladı

Dünya
30 Tem 2021
08:31
İstanbul Polis İdarəsinin heyəti meşə yanğınlarına qarşı ağaclıq ərazilərdə qabaqlayıcı mübarizə tədbirlərinə başlayıb.

“zirvetv.az İstanbul polisi meşələrdə yoxlamalara başladı” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, polis qrupları Maltəpə Başıböyük Meşəsində yoxlama həyata keçiriblər.

Meşədə Xüsusi Hərəkat Şöbə Müdirliyi, Altı Polis Qrupu və Qabaqlayıcı Xidmətlər Şöbə Müdirliyinin tabeliyindəki qruplar axtarış, yoxlanış və təhlükəsizlik tədbirləri icra ediblər.

Prosesə axtarış-xilasetmə və iz təqibi itləri də cəlb olunub.

Helikopter dəstəyi ilə aparılan çalışmalarda hər hansı hadisə olacağı təqdirdə ani müdaxilə üçün heyətin hazır gözlədiyi bildirilib.