Bayden vaksin vurduranlara 100 dollar ödəməyi təklif etdi

Dünya
30 Tem 2021
08:27
ABŞ Prezidenti Co Bayden ştat administrasiyalarını yeni vaksinasiyadan keçən hər amerikalıya 100 dollar ödəməyi təklif edib.

“zirvetv.az Bayden vaksin vurduranlara 100 dollar ödəməyi təklif etdi” xəbər verir ki, bu barədə ölkənin Xəzinə Nazirliyi məlumat yayıb.

Nazirlik xatırladıb ki, mart ayında həyata keçirilən 1,9 trilyon dollarlıq xilasetmə paketi çərçivəsində koronavirusun mənfi təsirləri ilə mübarizə üçün ştat və yerli idarəçiliklərə 350 milyard dollarlıq maliyyə qaynağı ayrılıb.

“Prezident Bayden ştat, bölgə və yerli administrasiyalara vaksinasiya səviyyəsini artırmaq, icmaları qorumaq və həyatları xilas etmək üçün əlavə bir təşviq olaraq yeni vaksinasiyadan keçən hər amerikalı üçün 100 dollar ödəniş etməyə çağırır”, - nazirliyin açıqlamasında deyilir.