Pentaqon hərbçilərə şərt qoydu

Dünya
30 Tem 2021
08:25
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bütün hərbi və mülki personalından koronavirus vaksini vurdurmasını tələb edib.

“zirvetv.az Pentaqon hərbçilərə şərt qoydu” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Bildirilib ki, vaksinasiyadan keçməyənlər maska və fiziki məsafə qaydalarına tabe olmalı, mütəmadi olaraq testdən keçməli və rəsmi səyahət yasaqlarına tabe olmalıdırlar.

Bundan başqa, koronavirus vaksini hərbi sistemdə məcburi olan peyvəndlər siyahısına daxil ediləcək.