Qazaxıstan “Linkedİn”i yasaqladı

Dünya
29 Tem 2021
08:47
Qazaxıstan sosial iş şəbəkəsi olan “Linkedİn”i yasaqlayıb.

“zirvetv.az Qazaxıstan “Linkedİn”i yasaqladı” xəbər verir ki, bu barədə Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial platforma reklam pozuntularına yol verib, buna görə də ona giriş qadağası tətbiq olunub.

Qeyd edilib ki, sosial platformada onlayn qumar və sahibi olmayan saxta hesablar açmaqla bağlı reklamlar yerləşdirilib.

Açıqlamada vurğulanıb ki, “Linkedİn” bütün pozuntuları aradan qaldıracağı təqdirdə girişinə yenidən icazə veriləcək.