Britaniyada aylar sonra rekord göstərici

Dünya
8 Tem 2021
08:27
Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 32 548 nəfər artıb. Bu, yanvar ayının sonundan indiyədək ən böyük gündəlik artım olub.

Bu barədə “zirvetv.az Britaniyada aylar sonra rekord göstərici” TASS-a istinadən xəbər verir.

Son 24 saat ərzində ölkədə 33 nəfər COVID-19-un qurbanı olub.

Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 4 990 916 nəfər koronavirusa yoluxub, 128 301 xəstə isə vəfat edib.

Ölkədə 517 116 aktiv koronavirus xəstəsi var ki, onlardan da 393-nün vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Krallığın yetkinlik yaşına çatmış sakinlərinin 86,4%-i (45,5 milyon) koronavirusa qarşı vaksinin birinci dozunu alıb. 34 milyon nəfər tam peyvənd olunub.