ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatdı
ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd ərazisində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb.
“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Bu gün biz dağıntıların altından daha bir nəfərin cəsədini çıxardıq, indi onların sayı 28-dir”, - o deyib.
Kava əlavə edib ki, əlverişsiz hava şəraiti axtarışları çətinləşdirir.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.