Kubada rekord göstərici

Dünya
4 Tem 2021
08:46
Kubada son sutka ərzində koronavirusa yoluxanların sayı 3 475 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ən böyük gündəlik artım olub.

“zirvetv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 15 nəfər COVID-19-dan dünyasını dəyişib

Pandemiyanın başladığı vaxtdan indiyədək Kubada 200 728 insan koronavirusa yoluxub, 1 337 xəstə isə vəfat edib.