Bu ölkədə 73 terrorçu öldürüldü
Qərbi Afrika ölkəsi olan Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatına qarşı keçirilən əməliyyatda 73 terrorçu zərərsizləşdirilib.
“zirvetv.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigeriya Ordusunun Media Əməliyyatları direktoru, general Benard Onyeuko jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, iyunun 18-30-da ordu Borno vilayətinin fərqli bölgələrində “Boko Haram”a qarşı əməliyyatlar keçirib.
Generalın sözlərinə görə, 73 terrorçunun öldürülməsi ilə yanaşı, təşkilata məxsus silah, nəqliyyat vasitələri və vacib sursatlar ələ keçirilib.
Əməliyyatlarla terrorçuların girov götürdüyü 27-si uşaq olmaqla, 55 nəfər azad olunub