Bu ölkə üçüncü doz vaksinasiyaya başlayacaq

Dünya
1 Tem 2021
10:09
İngiltərədə koronavirusa qarşı ən müdafiəsiz qrupdakı milyonlarla şəxsə xəstəlikdən müdafiə müddətini artırmaq üçün sentyabrdan etibarən üçüncü doz vaksin vurulması planlaşdırılır.

“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə 30 milyondan çox vətəndaşın peyvəndlənməsi nəzərdə tutulur.

“İlk koronavirus vaksinasiyası proqramımız bu ölkədə azadlığı geri gətirir və gücləndirici proqramımız bu azadlığı qoruyacaq”, - məsələ ilə bağlı açıqlama verən İngiltərənin səhiyyə naziri Sacid Cavid bildirib.

Nazir qeyd edib ki, qış aylarında insanların xəstəlikdən qorunmasını təmin etmək üçün bu proqramı sürətlə təmin edəcəklərindən əmin olmaq məqsədilə İngiltərə Milli Səhiyyə Xidmətləri ilə işləyirlər.

Üçüncü doz vaksinin 50 yaşdan yuxarı şəxsləri əhatə etməsi planlaşdırılır.