Rusiya bu ölkəyə 600 hərbçi göndərir

Dünya
1 Tem 2021
10:03
Rusiya Mərkəzi Afrika Respublikasına 600 hərbçi göndərəcək.

“zirvetv.az ” xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Orta Afrika Respublikasındakı rus hərbi təlimçilərinin rəhbəri Aleksandr İvanov deyib.

O bildirib ki, hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir.

İvanov yeni hərbi birliyin nə vaxt göndəriləcəyini açıqlamayıb. Hazırda bu ölkədə 535 rus hərbçisi var, yeni qərarla bu rəqəm 1135-ə çatdırılacaq.