Rusiyada su quyusunu təmizləyən bir ailənin dörd üzvü öldü
Rusiyanın Volqoqrad bölgəsində fərdi evlərin birində su quyusunu təmizləyən bir ailənin 4 üzvü dünyasını dəyişib.
“zirvetv.az ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Regional İdarəsindən bildirilib. Hadisə “Kolxoznaya Axtuba” qəsəbəsində baş verib.
Məlumata görə, 74 yaşlı təqaüdçü evin həyətində işləyən zaman özünü pis hiss edib. Havalandırma sistemi otağında ərini halsız vəziyyətdə tapan qadın daha sonra huşunu itirib. Ardınca isə onlara yaxınlaşan qızları və 27 yaşlı nəvəsi dünyalarını dəyişib.
Onların dördünün də kimyəvi buxar qazından zəhərləndikləri ehtimal olunur. Meyitlər tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.