Bu ölkədə 11 polis qətlə yetirildi

Dünya
23 Haz 2021
11:33
Burkina-Fasonun Bilbaloqo bölgəsində təhlükəsizlik qüvvələrinə hücum edilib.

“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum silahlı şəxslərin hədəf aldığı polislərdən 11-i ölüb, dördü isə yoxa çıxıb.

Hücumu hələlik üzərinə götürən olmayıb.

Eyni bölgədə iyunun 20-də altı nəfər qaçırılmışdı.