BMT-nin nümayəndəsi cinsi təcavüzdə ittiham edilir

Dünya
29 Ock 2021
15:29
BMT-nin nümayəndəsi cinsi təcavüzdə ittiham edilir


Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmsal əməkdaşlıq məsələləri üzrə elçisi Fabrisio Oçşild cinsi təcavüzdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

“PassBlue” dərgisi xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio Quterreş məlumat verib.

Qeyd olunur ki, BMT-nin 75 illiyi münasibəti ilə hazırlanan layihədə Fabrisio Oçşilddən onunla birlikdə çalışmış bir neçə qadın şikayət edib.

BMT-nin Baş Katibi daxili nəzarət xidmətinə F.Oçşildlə bağlı hərtərəfli istintaq aparmaq barədə göstəriş verib.