Bu ölkədə uşaqların vaksinasiyasına başlanıldı

Dünya
6 Haz 2021
18:16
Bu gündən İsraildə 12-15 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazairliyi məlumat yayıb.

Əhali sayına nəzərən dünyada ən çox vaksin vurulan ölkə olan İsraildə 12-15 yaşlı 600 min uşaq var.

Təxminən 9,3 milyon əhalisi olan İsraildə bugünədək 5 milyon 455 min nəfərə ilk doz, 5 milyon 137 min nəfərə isə ikinci doz vaksin vurulub.