Dünyada koronavirusla bağlı son vəziyyət
Dünyada son bir gündə koronavirusa 352 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 352 685 hal qeydə alınıb, COVID-19-dan 8 055 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 170 426 245, ölüm hallarının sayı 3 548 628 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 929 178 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (28 175 044) və Braziliya (16 515 120) gəlir.