Dünyada COVID-19-dan ölənlərin sayı 3,5 milyonu ötdü

Dünya
29 May 2021
08:13
Dünyada son bir gündə koronavirusa 545 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 545 102 hal qeydə alınıb, COVID-19-dan 12 406 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 168 599 045, ölüm hallarının sayı 3 507 477 təşkil edir.




Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 869 009 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 555 457) və Braziliya (16 274 695)) gəlir.