Bu ölkədə də COVID-19-un Hindistan ştammı aşkarlandı

Dünya
28 May 2021
20:56
Macarıstanda iki nəfərdə koronavirusun Hindistan ştammı aşkarlanıb.

“zirvetv.az ” xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Səhiyyə Xidmətləri müdiri Sesilia Müller xəstələrdən birinin xəstəliyi yüngül keçirdiyini, digərinin isə müalicəsinin xəstəxanda davam etdiyini bildirib.

O, yeni ştammlarla yoluxmanın artmasına diqqət çəkərək, əhalini vaksinasiyadan keçməyə çağırıb.