Dünyada koronavirusla bağlı son vəziyyət

Dünya
28 May 2021
08:18
Dünyada son bir gündə koronavirusa 539 mindən çox yoluxma qeydə alınıb. “zirvetv.az ” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 539 384 hal qeydə alınıb, COVID-19-dan 11 693 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 168 040 871, ölüm hallarının sayı 3 494 758 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 844 547 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 369 093) və Braziliya (16 194 209) gəlir.