Kazanda 15 məktəb bomba təhlükəsinə görə təxliyyə edildi

Dünya
16 May 2021
10:03
Rusiyada – Tatarıstanın paytaxtı Kazanda bəzi məktəblərdə partlayıcı yerləşdirilməsi ilə bağlı xəbərlər səbəbindən təhsil müəssisələri təxliyyə edilib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.




“Şəhərdə məktəblərin təxliyyə edildiyinə dair xəbərlər gəlir. Məktəblərin hər birində xəbərdarlığı dəyərləndirən xüsusi xidmət orqanları nümayəndələri var. Bütün uşaqlar və əməkdaşlar sürətlə təxliyyə edilib”, - məlumatda deyilir.

Bildirilib ki, 15 məktəb təxliyyə olunub.