Qırğızıstan və Tacikistan qoşunları sərhəddəki münaqişə zonasından geri çəkir
Qırğızıstan və Tacikistan sərhəddə silahlı münaqişə zonasından hərbi qulluqçuları və hərbi texnikanı geri çəkməyə başlayıblar.
“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.
“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, - deyə məlumatda bildirilir.
Qurumun məlumatına görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə olunur, ötən gecə insidentlər və atışma qeydə alınmayıb.
“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət göstərirlər”, - məlumatda vurğulanır