Türkiyədə koronavirusa yoluxma sayında azalma

Dünya
26 Nis 2021
22:19
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“zirvetv.az " xəbər verir ki, bu gün 353 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 268 min 893 koronavirus testi aparılıb, bunlardan 37 min 312-si müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 563-dür.

Bu gün 48 min 27 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 121 min 671 təşkil edib.