Bağdaddakı yanğına görə nazir və qubernator istefaya göndərildi

Dünya
25 Nis 2021
18:27
İraqın Baş naziri Mustafa əl-Kazımi koronavirus xəstələri üçün xəstəxanada baş vermiş yanğın hadisəsinə görə ölkənin səhiyyə nazirini və Bağdadın qubernatorunu vəzifəsindən azad edib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb. Bildirilir ki, istefaya göndərilən nazirlə qubernatora qarşı istintaq başladılıb. 82 nəfərin öldüyü yanğının baş verməsi səbəbi kimi səhlənkarlıq və yanlış idarəetmə göstərilir.

İbn əl-Xatib xəstəxanasındakı faciəyə görə baş həkim, təhlükəsizlik xidmətinin rəisi və hospitalın texniki avadanlıqlarla təchizinə məsul olan şəxs saxlanılıb. Ölkədə üçgünlük matəm elan edilib.