Albaniyada parlament seçkiləri keçirilir
Bazar günü Albaniyanın Xalq Məclisinə (birpalatalı parlamenti) seçkilər keçirilir.
Bu barədə “zirvetv.az " TASS-a istinadən xəbər verir.
Səhər saatlarında ölkə ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb.
18 yaşdan yuxarı ölkə vətəndaşları - təxminən 3,6 mln. nəfər aktiv və passiv seçki hüququna malikdir. Bununla yanaşı, respublika MSK-nın məlumatına görə, bu il, təxminən, 130 min nəfər koronavirusa yoluxma və ev karantinində və ya xəstəxana müəssisələrində müalicə olunması səbəbindən səs verə bilməyəcək.
140 yerlik ali qanunvericilik orqanında yer almaq üçün 46 siyasi partiyanın və üç koalisiyanın nümayəndələri mübarizə aparacaq. Əsas mübarizənin Albaniyanın Baş naziri Edi Ramanın hakim Sosialist Partiyası ilə Lülzim Başın müxalif Demokrat Partiyasının başçılıq etdiyi koalisiya arasında gedəcəyi gözlənilir.